Baş katib: “Gürcüstan və Moldovanın NATO-nun dəstəyinə ehtiyacı var”

Baş katib: “Gürcüstan və Moldovanın NATO-nun dəstəyinə ehtiyacı var”
DÜNYA
18:56 28.04.2022
390
"Rusiyanın Ukraynaya amansız müdaxiləsi Gürcüstan və Moldova kimi ölkələrin NATO-nun dəstəyinə ehtiyacı olduğunu göstərir”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin rəhbərləri ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, dəstəyə həm praktiki, həm də siyasi dəstək daxildir: "Gürcüstan çox dəyərli tərəfdaşdır, həmçinin Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Biz Şərqi Avropadakı tərəfdaşlarımızla daha da sıx əməkdaşlıq üçün yollar axtarırıq”.
 
///Report
OXŞAR XƏBƏRLƏR