"Gürcüstan və Ukrayna ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələsi NATO-nun Madrid sammitində müzakirə olunacaq”.
Bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, sammitdə hansı qərarların qəbul olunacağı barədə danışmaq hələ tezdir: "Əminəm ki, müttəfiqlər bu günə qədər qəbul edilmiş, həmçinin Gürcüstan və Ukraynanın Avroatlantik səyləri ilə bağlı qərarları dəstəkləyəcəklər”.
Baş katib qeyd edib ki, NATO Ukrayna və Gürcüstanla əməkdaşlıq və tərəfdaşlığı gücləndirməkdə davam edəcək.
Qeyd edək ki, Madrid sammitinin tarixi hələ məlum deyil. Tarixin yaxın zamanlarda elan olunacağı gözlənilir.
///Report