NATO ölkələri Ukraynaya hərbi dəstəyi davam etdirməlidir.
Bu barədə NATO-nun Baş katibi Mark Rutte Ukrayna Müdafiə naziri Rüstəm Umerovla birgə mətbuata açıqlamasında danışıb.
"Ötən il ərzində alyansın üzvləri Ukraynaya hərbi dəstək üçün 50 milyard avrodan çox vəsait ayıra biliblər. Biz Ukraynaya hərbi dəstəyi yenə davam etdirməliyik", - o qeyd edib.
Baş katib vurğulayıb ki, gələn həftə ukraynalıların müharibədə gördüyü işlərdən dərs çıxarmaq üçün Polşada Ukrayna və NATO arasında birgə strukturu fəaliyyətə başlayacaq.
///report