Baş komandan: "Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçir"

Baş komandan: "Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçir"
DÜNYA
19:37 15.03.2022
359
"Biz düşməni dayandırmaqla yanaşı, ehtiyat hissələri müəyyən edilmiş əks-hücum istiqamətində yerləşdirmişik”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy feysbuk səhifəsində müharibənin 20 gününün yekunundan bəhs edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri bir neçə istiqamətdə əks-hücuma keçir: "Ukrayna Silahlı Qüvvələri qarşısına qoyulan tapşırığı icra edir. Ukrayna hərbçiləri itki verir. Ancaq bizim itkilər rəqibinkindən bir neçə dəfə azdır”.
OXŞAR XƏBƏRLƏR