Vətən Müharibəsi qazisi koronavirusdan vəfat etdi - FOTO

Vətən Müharibəsi qazisi koronavirusdan vəfat etdi - FOTO
SOSİAL
11:43 06.07.2021
487
Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Lent.az-a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-19-a yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib .

Qeyd edək ki, E.Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.
 

 


OXŞAR XƏBƏRLƏR