Qəbələ” – “Xəzər Lənkəran” oyununda alınan nəticə komandanın baş məşqçisi Cüneyt Biçer üçün gözlənilməz oldu.
AZXEBER.COM-un məlumatına görə, “Nəticənin belə olacağını gözləmirdim. Son dəqiqələrdə vurulan qol bizim üçün sürpriz oldu”, - deyə Biçer oyundan sonra keçirilən mətbuat konfransında görüş haqqında təəssüratları ilə bölüşdü. Eyni zamanda məşqçi komandamızın heç də pis oynamadığını vurğuladı: “Futbolda belə hallar olur”. Komandamızda yeni futbolçuların oyununa qiymət verərkən məşqçimiz dedi: “Əlbəttə, bu gün tam istədiyimi görmədim, amma inanıram ki, qarşıdakı görüşlərdə oyunumuz mükəmməlləşəcək". Kamran Ağayevin oyunda iştirak etməməsini şərh edərkən Biçer qapıçının dünəndən naxoş olduğunu bildirib. “Biz Kamranın hərarətinin enməsi üçün ona iynə vurduq, ancaq onun qızdırması enmədi. Bu səbəbdən onu ehtiyatda saxlamağa məcbur olduq”, - deyə məşqçi qeyd etdi.
Ozal İbrahimli