Arda Gülərin Gençlerbirliyindəki ilk məşqçisi Erol Tokgözlər Ardanın futbol istedadından danışıb.
AZXEBE.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Real Madrid”də çıxış edən ulduz futbolçu Arda Gülərin ilk məşqçisi Erol Tokgözlər 18 yaşlı futbolçu ilə bağlı açıqlama verib.
18 yaşlı futbolçunun istedadından danışan baş məşqçi onu ən çox təəccübləndirən şeyin Ardanıntopla olan münasibəti olduğunu deyib: "Məni ən çox təəccübləndirən onun topla münasibəti olub. O, ağlından keçən hər şeyi meydanda edir. Onun nə edəcəyini heç vaxt təxmin edə bilməzsən.
Baş məşqçi Ardanın kumirinə bənzəməsi haqda da danışıb: "Ardanın kumiri Aleks de Souzadır. Onunla bağlı hər şeyi seyr edərdi və meydanda onun kimi oynamağa çalışardı. Aleks Ardanın qəhrəmanı idi".
Məşqçi son olaraq Ardanı Messi ilə müqayisə edərək, Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur. Arda hələ uşaqdır bununla belə, potensiallardan danışsaq, düşünürəm ki, Ardanın potensialı Messidən yüksəkdir.
Günel