Baş nazir: “AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi”

Baş nazir: “AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi”
SİYASƏT
10:48 08.05.2021
581
"1993-cü ilin yayı ərəfəsində Azərbaycanda mövcud ictimai-siyasi, iqtisadi, hərbi böhran son həddə çatmışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Xalq vahimə və təşviş içində idi və ovaxtkı iqtidara inamını tamamilə itirmişdi. AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirib çıxarmış, iyunun əvvəllərindən etibarən cərəyan edən hadisələr nəticəsində Azərbaycanda qardaş qanı axıdılmış, faktiki olaraq vətəndaş müharibəsi başlanmışdı”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov "Azərbaycan” qəzetindəki məqalədə qeyd edib.

Ə.Əsədov bildirib ki, belə bir ağır vəziyyətdə xalq yenə də imdad üçün Heydər Əliyevə üz tutdu:

"Xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidi ilə, vəziyyətdən çıxış yolu tapmaqda aciz olan iqtidarın özünün inadlı xahişləri ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı.

Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev xalqın dadına çatdı. Vətəni və xalqı naminə ozamankı iqtidarın təklifini qəbul edərək rəhbərliyi öz üzərinə götürməyə razılıq verdi.

Elə həmin gündən Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsi son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Heydər Əliyev vahid komandanlıq altında nizami ordu quruculuğuna başlayaraq tez bir zamanda müharibənin gedişində dönüş yarada bildi.

Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında əks-hücum əməliyyatları keçirərək düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənməkdə olan Silahlı Qüvvələrimizin gücünün açıq-aşkar artmasından və işğal olunmuş torpaqları geri qaytarmaq üçün keçirdiyi ilk uğurlu əməliyyatlardan zərbələr alan Ermənistan ordusu atəşi dayandırmağa məcbur oldu”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
15:13 10.10.2026
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
15:07 10.10.2026
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək