Baş nazir azad edilən ərazilərdəki əsas prioritetlərdən danışdı

Baş nazir azad edilən ərazilərdəki əsas prioritetlərdən danışdı
SOSİAL
21:56 15.03.2024
170
"Azad olunmuş ərazilərin bərpası, müdafiə və milli təhlükəsizlik əsas prioritetlərdir”.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatı zamanı deputatların suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ötən il deputatlar tərəfindən qaldırılmış məsələlərin bir hissəsi həllini tapıb, bir hissəsinin həllinə başlanılıb və işlər davam edir:

"Yerdə qalan işlər də mərhələlərlə görüləcək. Məsələn, qəzalı binalar Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi arayışı ilə üç kateqoriyaya bölünüb və ən çətin vəziyyətdə olanlar birinci mərhələdə həll olunur.

Sumqayıtda və Mingəçevirdəki ən çox qəzalı vəziyyətdə olan yataqxanaların sakinləri artıq köçürülüb. Yeni yataqxanaların tikilməsi də planda var”.

Baş nazir deyib ki, bütövlükdə ölkə üzrə 660 məktəbin təmirinə ehtiyac var: "Onlar da Elm və Təhsil, həmçinin Fövqəladə Hallar nazirlikləri ilə müzakirə olunaraq mərhələlərlə həll olunacaq. Eyni mərhələli yanaşma bütün infrastruktur məsələlərinə-qazlaşdırma, elektrik təminatı, yol və s. də aiddir. Mən söz vermirəm ki, deputatların qaldırdıqları bütün məsələlərin hamısı bir ildə həll olunacaq. Ancaq bütün burada qaldırılan məsələlər hökumətin gündəlik fəaliyyətinin predmetidir və mərhələlərlə ən zəruri işlər önə çəkilməklə görülür.

"Quru sərhədlərin bağlanması ilə ÜDM-in səviyyəsini əlaqələndirməyə gəldikdə isə faktlar göstərir ki, onlar arasında birbaşa əlaqə yoxdur. Məsələn, quru sərhədlər 2020-ci ilin 1ci rübündə bağlanıb. Amma, 2021-ci ildə ÜDM-in artımı 5.6%, 2022-ci ildə isə 4.6 % olub. Azərbaycanda 2023-cü ildə ÜDM-in artımının 1.1% olması ilə bağlı deyə bilərəm ki, BVF-nin qiymətləndirməsinə görə 2023-cü ildə avrozonada ÜDM-in artımı 0.5-0.6%-dir. 2023-cü ildə inkişaf etmiş ölkələr üzrə artım tempi 1.6% olub. Dünya Bankının proqnozuna görə Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir. BMT isə 2.6-2.8% proqnozlaşdırır. Dünya üzrə isə 2024-25-ci illərdə orta artım proqnozu 2.6%-dir. Avrozona üzrə isə bu göstərici 1.2%-dir. Göründüyü kimi Azərbaycan dünya üzrə orta tempdən geri qalmır. Hazırda neft hasilatının enmə dövrünün sabitləşdirilməsi üzərində iş gedir”, - Ə.Əsədov qeyd edib.

Baş nazir vurğulayıb ki, Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb