Baş nazir Azərbaycana gəlir

MAQAZİN
10:31 04.04.2013
1385

İsrailin sabiq baş naziri (1999-2001), 2009-2013-cü illərdə İsrail baş nazirinin müavini və müdafiə naziri çalışmış Ehud Barak mayın 6-8-də Bakıda Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.

AZXEBER.COM bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə istinadən xəbər verir.Bildirək ki, 2005-ci ildə İsrailin “Ynet” xəbər agentliyinin apardığı sorğu nəticəsində o, dünyanın mövcud olmuş ən nüfüzlü 200 yəhudisindən biri seçilib. O cümlədən, Ehud Barak Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən yeganə İsrail baş naziri kimi də tanınır.Birinci Cənubi Qafqaz Forumu Əlahəzrət Kraliça Nur, İsrailin sabiq baş naziri Ehud Barak, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, YUNESKO-nun ən nüfuzlu direktoru olmuş Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviyanın sabiq Prezidentləri - Vaira Vike-Freiberga, Valdis Zatlers, Türkiyənin sabiq prezidenti Sülyeman Dəmirəl, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Mavritaniya, Boliviya, Argentina, Kosta Rika, Litva, Nigeriya, CAR, Portuqaliya, Meksika və ümumiyyətlə, 50-yə yaxın ölkənin regional və dünya miqyasında tanınan liderləri təmsil olunacaqlar.Forum Beynəlxalq Chatham Evinin qanunları ilə nizamlanılır.Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşdırılacaq. Bu tədbir o cümlədən İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR