Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib

Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib
SOSİAL
17:51 07.05.2021
521
Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib

AZXEBER.COM xəbər verir ki, mayın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrk "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın alt İşçi Qruplarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

İclasda "2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər və təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR