Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzaladı

Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzaladı
İQTİSADİYYAT
18:35 29.04.2022
929
"Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydalarda əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi üçün vətəndaşlar, o cümlədən müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri, habelə xaricdə daimi yaşayan Azərbaycan vətəndaşları və s. tərəfindən edilən müraciətlərə baxılması və nəticələri ilə bağlı onların məlumatlandırılması vasitələri, müddəti və prosedurları, əmək pensiyalarının təyin edilməsi və hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, həmçinin əmək pensiyalarının ödənilməsi və əmək pensiyalarının ödənilməsinin dayandırılması ilə bağlı müddəalar əks olunub.

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanların əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onların fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixdən 2018-ci ilin 1 iyul tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınmışdırsa, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada hesablanır.

Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı üçün ikinci şərt sığortaolunanların qanunvericiliklə müəyyən edilən pensiya yaş həddinə çatmaqlarından ibarətdir. Bu halda şəxslərin pensiya təyin edən orqana müraciətləri daxil olmadan və müvafiq sənədləri təqdim edilmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial internet portalı üzərindən onların əmək pensiyası hüququ yarandığı gün müvafiq komputer-proqram təminatı vasitəsilə əmək pensiyası elektron qaydada təyin edilir və həmin şəxslərin məlumat bazasında olan əlaqə vasitələrindən birinə bildiriş göndərilir.

Qərarda əmək pensiyalarının bütün növləri üzrə (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) avtomatlaşdırılmış təyinat üçün 2006-cı il 1 yanvar tarixədək olan dövrün sosial sığorta stajının hesablanması şərtləri əks etdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
13:16 24.05.2025
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
"Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur"
13:12 24.05.2025
"Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur"
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
12:57 24.05.2025
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb