Baş nazir: Hindistan Ukrayna-Rusiya münaqişəsinin həllinə töhfə verməyə hazırdır

DÜNYA
20:21 23.08.2024
209
Rusiya-Ukrayna münaqişəsinin həlli yalnız dialoq və diplomatiya yolu ilə mümkündür və Hindistan sülhə nail olmaq üçün istənilən səyləri dəstəkləməyə hazırdır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib.

"Həll yolu yalnız dialoq və diplomatiya yolu ilə tapıla bilər və biz vaxt itirmədən bu istiqamətdə hərəkət etməliyik. Sizi əmin etmək istəyirəm ki, Hindistan sülhə nail olmaq üçün hər cür səydə fəal rol oynamağa hazırdır”, – o qeyd edib.
OXŞAR XƏBƏRLƏR