Baş nazir istefa verdi

DÜNYA
01:06 15.04.2013
1418

Fələstin hökuməti baş nazir Salam Fəyyadın istefasını qəbul edib AZXEBER.COM “Anspress”ə istinadən xəbər verir ki, prezident Mahmud Abbas Fəyyadın yeni hökumət qurulana qədər vəzifədə qalmasını təklif etsə də, o buna razılıq verməyib. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Mahmud Abbasla Salam Fəyyad arasında baş nazir səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qızğın mübahisələr olmuşdu. Fəyyadın vəzifəsini tərk etməsi isə ölkədə birmənalı qarşılanmır. İqtisadiyyat sahəsində Qərb təhsili görmüş Fəyyadın beynəlxalq dairələrdə yüksək nüfuza sahib olduğu, həmçinin İsraillə sülh danışıqlarının bərqərar olmasında aparıcı rola malik olduğu bildirilir. Beynəlxalq Valyuta Fondunun sabiq rəsmisi olan Fəyyadın Qərb Sahili bölgənin iqtisadiyatına təkan verəcək yeni proqramlar təqdim edəcəyi gözlənilirdi. Qeyd edək ki, Salam Fəyyad 2007-ci ildən Fələstinin baş naziri kimi fəaliyyət göstərib. Bir müddət əvvəl isə ərəb kütləvi informasiya vasitələrində Fəyyadla Mahmud Abbas arasında hokümət siyasəti ilə əlaqədar narazılıqlar olduğu və istefa qərarının da bu səbəbdən olması fikirləri yayılmışdı.

OXŞAR XƏBƏRLƏR