Baş nazir müavininin qızı məktəbə ayaqyolunun pəncərəsindən girdi

DÜNYA
09:44 05.02.2013
1755
“Qızım hicablı olduğu üçün universitetə ayaqyolunun pəncərəsindən girib”. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini, parlamentin sabiq spikeri Bülənd Arınc deyib. “Cəlal Bayar” universitetinin rektoru olan qardaşı professor Ümid Doğay Arıncın adının verildiyi mədəniyyət mərkəzinin açılışında çıxış edən baş nazirin müavini mərkəzin adının “Arınc” soyadıyla olmasına görə özünü xöşbəxt hiss etdiyini deyib.Bir vaxtlar qardaşının səs çoxluğuyla bu universitetə rektor seçildiyini bildirən Bülənd Arınc dövrün prezidentinin onu bu vəzifəyə təyin etmədiyini xatırladıb.Baş nazirin müavini çıxışında 28 fevral (28 şubat) dövlət çevrilişi vaxtı ali məktəb tələbəsi olan qızının hicablı olduğu üçün yaşadığı sıxıntılardan da danışıb. “Bu universitetin “Türk dili və Ədəbiyyat” fakultəsindən məzun olan Ayşənur Arıncın atasıyam. Təhsilə hicabla başlamışdı. 28 fevralda hər şey qadağan edildi. Dekanla danışdım, qadağanın səbəbbini soruşdum, “siaz daha yaxşı bilirsiniz” – dedi. Konstitusiyada belə bir qadağa olmadığını dedim, “yasaq Ankaradan qoyulub” – dedi”.

OXŞAR XƏBƏRLƏR