Pakistan Trans-Əfqan nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini vacib sayır.
Bunu Pakistanın baş naziri Şahbaz Şərif Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
Onun sözlərinə görə, dəhliz Belarusdan Rusiya, Qazaxıstan, Özbəkistan və Əfqanıstandan keçərək Pakistanda bitir.
"Mənə elə gəlir ki, bu dəhliz son dərəcə vacibdir”, - deyə Baş nazir qeyd edib.
\APA