Baş nazir turizmlə bağlı - Qurumlara tapşırıq verdi

Baş nazir turizmlə bağlı - Qurumlara tapşırıq verdi
SOSİAL
13:12 28.08.2026
134
Baş nazir Əli Əsədov Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib.

AZXEBER.COM xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncamında əksini tapıb.

Sərəncamda qeyd olunub:

Dövlət Turizm Agentliyi:

- Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Turizm haqqında” Qanunun təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il dekabrın 20-dək Nazirlər Kabinetinə təqdim etsin;

- İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il oktyabrın 20-dək Nazirlər Kabinetinə təqdim etsin;

- İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş turizm sahəsində çevik və əhatəli təşviq çərçivəsinin yaradılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Dövlət Proqramında nəzərdə tutulmuş turizm və rekreasiya zonalarının ərazisində mehmanxanalarda (hotellərdə) və digər yerləşmə vasitələrində xidmət göstərilməsi, sanatoriya-kurort müəssisələrinin fəaliyyətinə, qış idman növləri üçün stadion və arenaların fəaliyyətinə, konqreslərin və peşəkar salonların təşkili işinə dair investisiya layihələri çərçivəsində kredit təşkilatlarından manatla alınan kreditlər üzrə faiz subsidiyalarının verilməsinə dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Nazirlər Kabinetinə təqdim etsin.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə operatoru olduğu "e-monitorinq” portalı çərçivəsində "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun yaradılmasını iki ay müddətində təmin etsin və 2027-ci ildən başlayaraq Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini Modul vasitəsilə həyata keçirsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların), şəhər və rayonların, icra müddətlərinin, eləcə də layihələrlə bağlı məlumatların (Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq informasiya sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi, informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu”nda saxlanılması və s.) və digər zəruri göstəricilərin təsnifatlaşdırılmasını, mövcud vəziyyət barədə informasiyaların əks olunmasını və hesabatlılığın aparılmasını Modulda müvafiq bölmələr yaratmaqla təmin etsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə aidiyyəti icraçı orqanların (qurumların) operatoru olduqları müvafiq elektron informasiya sistemlərinin (portalların) "e-monitorinq” portalına inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticələri barədə məlumatları 2027-ci ildən başlayaraq, ildə bir dəfə, aprelin 30-dək Nazirlər Kabinetinə təqdim etsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticələrinə dair məlumatları 2031-ci il iyunun 30-dək Nazirlər Kabinetinə təqdim etsin.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanlar (qurumlar):

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəricilərini və onların illər üzrə bölgüsünü müəyyən edərək, iki ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun Dövlət Turizm Agentliyinə təqdim etsinlər;

- monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində layihələrin icrası ilə bağlı müvafiq məlumatların 2027-ci ildən başlayaraq rübdə bir dəfə (rübdən sonrakı ayın 15-dək), tədbirlər üzrə ilin yekunlarına dair hesabatların isə hər il fevralın 25-dək "Layihə idarəetməsi” modulunda yerləşdirilməsini və Mərkəzə təqdim olunmasını təmin etsinlər;

- Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsində və özəl sektorda nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən ayrılmış, istifadə olunmuş və növbəti illər üçün tələb olunan kredit vəsaiti barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsinlər.

Bu Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
CIA rəhbərindən Moskvaya mesaj: “Ukrayna ilə razılaşma əldə edin”
14:14 28.08.2026
CIA rəhbərindən Moskvaya mesaj: “Ukrayna ilə razılaşma əldə edin”
Nigar Fərhad sərbəst buraxıldı
14:12 28.08.2026
Nigar Fərhad sərbəst buraxıldı
Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxası
14:09 28.08.2026
Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxası
İrandan ABŞ-yə və region ölkələrinə sərt xəbərdarlıq: “Heç kim neft sata bilməyəcək”
14:01 28.08.2026
İrandan ABŞ-yə və region ölkələrinə sərt xəbərdarlıq: “Heç kim neft sata bilməyəcək”
Jurnalist avtobus sürücülərindən narazı qaldı: “Bakının meri olduqlarını düşünürlər”
13:50 28.08.2026
Jurnalist avtobus sürücülərindən narazı qaldı: “Bakının meri olduqlarını düşünürlər”
Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır
13:40 28.08.2026
Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır
“610 balla kəsilmək, 310 balla qəbul olmaqdan daha böyük uğurdur”-Təhsil eksperti
13:39 28.08.2026
“610 balla kəsilmək, 310 balla qəbul olmaqdan daha böyük uğurdur”-Təhsil eksperti
Gəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur
13:31 28.08.2026
Gəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur
Paşinyandan Rusiyaya sərt mesaj: “Artıq strateji tərəfdaş hesab etmirik”
13:25 28.08.2026
Paşinyandan Rusiyaya sərt mesaj: “Artıq strateji tərəfdaş hesab etmirik”
15 günlük viza ilə Yaponiyaya getdi, 26 il sonra yaxalandı: İnanılmaz hadisə
13:15 28.08.2026
15 günlük viza ilə Yaponiyaya getdi, 26 il sonra yaxalandı: İnanılmaz hadisə
Baş nazir turizmlə bağlı - Qurumlara tapşırıq verdi
13:12 28.08.2026
Baş nazir turizmlə bağlı - Qurumlara tapşırıq verdi
Azərbaycan polisi – təhlükəsizliyin və sabitliyin etibarlı təminatçısıdır
12:58 28.08.2026
Azərbaycan polisi – təhlükəsizliyin və sabitliyin etibarlı təminatçısıdır
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
12:41 28.08.2026
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
Tələbələrə kirayə evlərlə bağlı xəbərdarlıq: “Beh verməzdən əvvəl bunları yoxlayın”
12:39 28.08.2026
Tələbələrə kirayə evlərlə bağlı xəbərdarlıq: “Beh verməzdən əvvəl bunları yoxlayın”
Məsciddə qanunsuz yenidənqurma işləri: Xəbərdarlıq...
12:20 28.08.2026
Məsciddə qanunsuz yenidənqurma işləri: Xəbərdarlıq...
Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu
12:02 28.08.2026
Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu