Baş nazirdən dərmanlarla bağlı sərəncam - 10 milyon manat ayrıldı

Baş nazirdən dərmanlarla bağlı sərəncam - 10 milyon manat ayrıldı
SOSİAL
10:29 02.03.2020
2116
Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.

AZXEBER.COM-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncam "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən imzalanıb.

Maliyyə Nazirliyinə vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən (martın 2-si) qüvvəyə minir.
OXŞAR XƏBƏRLƏR