Baş nazirə Türkiyə xəbərdarlığı – “Bu, məni qorxudur, tədbir görülməsə...”

Baş nazirə Türkiyə xəbərdarlığı – “Bu, məni qorxudur, tədbir görülməsə...”
DÜNYA
09:43 19.09.2022
314
Yunanıstanın müxalifət partiyası "Siriza”nın lideri, sabiq baş nazir Aleksis Çipras Türkiyə ilə ölkəsi arasındakı son gəlişmələrdən danışıb.

AZXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Çipras Türkiyə ilə Yunanıstan arasında həmişə gərginlik olduğunu, amma son illərdəki gərginliyin əvvəllər yaşanmadığını vurğulayıb.

Ritorikadakı gərginliyin açıq qarşıdurmaya gətirib çıxarmasının qarşısını almaq üçün tədbirlər görülə biləcəyini deyən Çipras hər bir Yunanıstan vətəndaşı kimi Baş nazir Kiryakos Mitsotakisdən gözləntisinin ölkəsinin suveren hüquqlarının qorunması ilə yanaşı, Türkiyə ilə dialoq kanallarını açıq saxlamaq olduğunu bildirib.

Sabiq baş nazir ünsiyyətin olmaması səbəbindən təsadüfi bir gərginliyin arzuolunmaz hadisəyə çevrilə biləcəyini söyləyib.

"Hazırda rabitə kanallarının olmaması məni gərgin ritorikadan daha çox narahat edir”, - Çipras vurğulayıb.
OXŞAR XƏBƏRLƏR