Baş nazirin həm də zərgər olduğu məlum oldu - FOTO

DÜNYA
10:02 21.02.2013
1501

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın əmək fəaliyyətinə dair yeni məlumat açıqlanıb.AZXEBER.COM-un “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan 1993-94-cü illərdə özünü zinət əşyaları satıçısı kimi də sınayıb. Məlumata görə, bu barədə İstanbul Zərgərlik Palatasanın rəhbəri Alaattin Kameroğlunun “Milliyet” qəzetinə açıqlamasında qeyd olunub.A.Kemeroğlu bildirib ki, R.T.Ərdoğan zinət əşyalarının satışı ilə məşğul olmaq üçün 1993-cü il aprelin 16-da Palataya üzv olub və 1994-cü il fevralın 25-nə kimi bu işdə özünü sınayıb. Lakin həmin tarixdən etibarən, bu işi buraxıb və Palatanın üzvlüyündən çıxıb.Qeyd edək ki, R.T.Ərdoğan özünü peşəkar futbolda da sınamağa imkan tapıb.

OXŞAR XƏBƏRLƏR