Baş nazirin I müavini Minskə danışıqlara gedib

İQTİSADİYYAT
12:19 31.05.2013
1462
Bu gün Minskdə MDB-də iştirakçı dövlətlərin hökumət başçıları Şurasının iclası olacaq.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iclas günün ikinci yarısında başlayacaq. Azərbaycanı bu tədbirdə Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edir.Məlumata görə, gündəmdə təxminən 30 sənəd olacaq. İqtisadi blokda 2011-ci ilin 18 oktyabrından MDB-də azad ticarət zonası haqda razılaşmanın tətbiq edilməsinə dair protokolun müzakirə olunması planlaşdırılır. Özbəkistan bu müqaviləyə qatılmaq istədiyini bildirib. İclasın iştirkaçıları 2020-ci ilə kimi innovasiya əməkdaşlığının dövlətlərarası proqramının 2012-ci ildə reallaşma yollarını təhlil edəcəklər və 11 pilot layihəni müzakirə edəcəklər. Bu layihələr informasiya kommunikasiya texnologiyaları, nanosistem sənayesi, aviasiya-kosmik və nəqliyyat sistemi, tibb, səhiyyə və digər sahələri əhatə edir. Adıçəkilən layihələrə büdcə vəsaitlərindən savayı 32 milyon dolların sərmayə cəlb olunması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR