Baş nazirin müavini satış yarmarkalarında - FOTOLAR

Baş nazirin müavini satış yarmarkalarında -  FOTOLAR
SİYASƏT
20:47 16.03.2016
1572

Baş nazir müavini yarmarka və satış mərkəzlərində

Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün Bakının Xətai rayonundakı kənd təsərrüfatı yarmarkasında, Nərimanov rayonundakı “Yaşıl bazar”da və "Grandmart" marketdə media nümayəndələrinin iştirakı ilə bayramqabağı qiymətlərə baxış keçirib.

Qaynar.info-nun AzərTAc-a istinadən məlumatına görə, baxış zamanı yarmarkada qiymətlər münasib olsa da, “Yaşıl bazar”da, “Grandmart" marketdə qiymətlərin 3-4 dəfə baha olduğu müəyyən edilib. Baş nazirin müavini bundan ciddi narahat olub.

Ə. Əhmədov jurnalistlərə bildirib ki, baxış zamanı satış mərkəzlərində mal çeşidlərinin təxminən eyni olduğu, keyfiyyətlərində bir fərq olmadığı aşkarlanıb: "Amma qiymətlərdə fərq çox yüksəkdir. Bundan ciddi nəticələr çıxarılmalıdır. Əlbəttə, qiymətlərdə fərq qeyri-adi hal deyil, lakin bir şərtlə ki, fərq bu dərəcədə böyük olmasın. Hazırda qeyri-adilik odur ki, qiymətlərdə fərq olduqca yüksəkdir. Yarmarkada alıcıların sayı çox idi. İnsanlar oradan mal alırlar. Ənənəvi bazarda isə satıcılar çox, amma alıcılar demək olar ki, yoxdur. Çünki qiymətlər çox bahadır. Bizim məqsədimiz ondan ibarətdir ki, qiymətlərdə fərq az olsun. Düşünürəm ki, yarmarkalarda xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var, bazar və marketlərdə isə qiymətlərin süni sürətdə artırılması ilə əlaqədar ciddi işlər görülməlidir”.

Ə. Əhmədov hesab edir ki, bayram günlərində həm insaf və ədalət baxımından, həm də bazar prinsipləri baxımından gərək qiymətlər aşağı salınsın: “Təəssüf ki, bizdə bəzən nə satıcılar, nə də sahibkarlar biznes qaydalarına, bayram adət-ənənələrinə əməl edir. Çox yaxşıdır ki, prezidentin tapşırığı ilə yarmarkalar yaradılıb, burada insanlara xidmət göstərilir, qiymətlər qaldırılmır. Hesab edirəm ki, bundan sonra yarmarkaların sayı artırılmalıdır ki, bu, bazarlardakı qiymətlərə də təsir etsin”.

Ə. Əhmədov məsələnin ciddi nəzarətdə olacağını bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”