Dağıstanın baş nazirinin müavini Hacı Maxaçev Moskvanın Kutuzov prospektində baş vermiş ağır yol qəzasında ölüb.
Qəza nəticəsində daha 2 nəfər ölüb. Hadisə nəticəsində Hacı Maxaçevin yoldaşı və 3 uşağı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Moskva polisi qəzada Dağıstanın baş nazirinin müavinin öldüyünü təsdiqləyib.
“Hacı Maxaçevin yoldaşı və 3 uşağı xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər, ölən digər iki şəxs isə Chevrolet markalı mikroavtobusda olublar. Chevrolet qəzadan sonra tamamilə yanıb”, deyə polisdən agentliyə bildirilib.(APA)