xari

Baş prokuror itkin düşən 25 hərbçinin ailə üzvlərini qəbul etdi

SOSİAL
17:34 08.04.2021
265

Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

AZXEBER.COM bu barədə qurumun Mətbuat xidmətindən məlumat alıb.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

OXŞAR XƏBƏRLƏR