Baş Prokurorluq 15 yaşlı yeniyetmənin öldürülməsi iddiası ilə bağlı məlumat yaydı

Baş Prokurorluq 15 yaşlı yeniyetmənin öldürülməsi iddiası ilə bağlı məlumat yaydı
SOSİAL
23:07 14.01.2020
2989
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq eyvanından yerə düşməsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar həmin gün saat 22:30 radələrində xəstəxanada vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Abşeron rayon prokurorluğunda ilkin yoxlamanın və isbtidai istintaqın gedişindən narazı qalan mərhumun atası Elşən Musayev və qohumları 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi və müstəntiqlərin iştirakı ilə qəbul edilərək dinlənilmiş və müraciətləri əsasında cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılmış, eləcə də hadisə yerinə mərhumun ailə üzvlərinin, müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə müfəssəl baxış, hadisənin mexanizminin və şəraitinin tədqiqi üçün istintaq eksperimenti keçirilib.

Müəyyən edilib ki, Kənan Musayev 19 iyun 2019-cu il tarixdə saat 19 radələrində yaşadıqları mənzildə qardaşı Sərvan Musayevlə birlikdə olmuş, saat 20:25 radələrində Sərvan Musayev evdən çıxıb bacısının əri ilə Nərimanov rayonu ərazisinə getmiş, saat 20:58-də Kənan Musayev bacısı Nailə Quluzadə ilə 36 saniyə telefon danışığı aparmış, saat 21:04-də mənzilin açıq eyvanından düşmüş, dərhal ətrafına toplaşan insanlar onun üzərində kiçik ölçülü yaş mələfə müşahidə etmişlər. Kənan Musayev həmin şəxslərin, o cümlədən hadisədən əvvəl binanın qarşısında qadınlarla söhbət edən atasının xalası Məlahət Xudiyevanın köməyi və müşaiyəti ilə saat 21:14-də qonşuluqda yaşayan Famil Ələsgərovun idarə etdiyi avtomobilə qoyularaq xəstəxanaya yola salınmış, Elşən Musayevin qonşu, qohum və tanışları hadisə barədə eşidib xəstəxanaya gəlmişlər.

Kənan Musayevin ölümünün səbəblərinin və digər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək mərhumun meyitinin dəfn olunduğu yerdən çıxarılıb ekspertizadan keçirilməsi və məhkəmə-tibb ekspertinin mənzilə əlavə baxışda iştirakı təmin edilmiş, hadisənin şəraitinin bərpa olunması məqsədilə məhkəmə-trasoloji-situasion ekspertizası təyin edilmiş, binanın inşasına dair zəruri sənədlər ekspertiza tədqiqatına təqdim olunub.

Mərhum Kənan Musayevin istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək informasiya aşkarlanmamışdır. İstintaqa cəlb edilmiş şəxslərin istifadəsində olmuş mobil nömrələr üzrə telefon danışıqlarına, yazışmalarının mətnlərinə və antena əhatə dairələrinə dair məlumatların mobil operatorlardan götürülməsi üçün məhkəmə qərarları alınaraq icraya yönəldilmiş və alınan cavablarda olan informasiyaların təhlili hazırda da davam etdirilir.

İş üzrə aidiyyəti hüquq-mühafizə orqanlarına əməliyyat tapşırıqları verilmiş, Elşən Musayevin yaşadığı mənzillə üzbəüz yerləşən mənzilin və hadisə yerinə yaxın ərazidə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və baxış zamanı şübhə doğura biləcək hər hansı hala rast gəlinməmişdir. Mənzilin kamerasının yaddaş kartı üzrə təyin edilmiş məhkəmə-kompüter texniki ekspertizasının rəyində kartın yaddaşında montaj əlamətlərinin olmadığı göstərilib.
Cinayət işi üzrə Kənan Musayevin qəsdən öldürülməsi barədə atası Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələri onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən hələlik təsdiqini tapmayıb.

Elşən Musayev və ailə üzvləri dəfələrlə qəbul edilib dinlənilmiş, cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirlərinin davam etdirilməsi, nəticəsindən asılı olaraq hadisəyə və aid şəxslərin əməllərinə obyektiv hüquqi qiymətin veriləcəyi onlara izah olunub.

Göstərilənlərə baxmayaraq, sentyabrın 21-də Baş Prokurorluğun inzibati binasında Elşən Musayev, Yasəmən Musayeva və Həcər Əliyeva müraciətləri əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov və müstəntiqin iştirakı ilə qəbul edilərək dinlənilib. Onlara cinayət işinin bütün halları, o cümlədən Kənan Musayevin qəsdən öldürülməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələrin onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən öz təsdiqini tapmadığı barədə geniş məlumat verilərək müzakirələr aparılmışdır. Cinayət işi üzrə bütün xüsusatların daha ətraflı araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə Baş prokuror tərəfindən müvafiq tövsiyə və göstərişlər verilib.

Lakin həmin gün qəbuldan bir neçə saat sonra Yasəmən Musayeva və digərləri Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasının qarşısına gəlib səs-küy salaraq qısa zamanda təqsirli şəxslərin tutulmasını tələb ediblər.

Bundan başqa, sentyabrın 23-də Yasəmən Musayeva 10 nəfər yaxın qohumları ilə birlikdə yenidən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasının qarşısına gələrək əllərində Kənan Musayevin fotoşəklini tutmaqla səs-küy salaraq ətrafda olan insanların diqqətini özlərinə cəlb etmək məqsədilə cinayət işinin istintaqına öz etirazlarını bildiriblər.

Elşən Musayev oğlunun öz xalası Məlahət Xudiyevanın təşkilatçılığı ilə tanışı Nizami Yusifov tərəfindən qətlə yetirilməsini, bu işdə onlara dayısının qızı Pərvanə Hacıyeva və polis əməkdaşı Savalan İsgəndərov, tanışları Əyyam Mirzəyev, Mikayıl İsmayılov və həmyerlisi Orxan Ağalı tərəfindən köməklik göstərildiyini iddia edib, lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə həmin xüsusatlar təsdiqini tapmayıb.

Yasəmən Musayeva və qohumları 2020-ci il yanvarın 14-də saat 11 radələrində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin qarşısına gələrək cinayət işi üzrə aparılan araşdırmalara etirazlarını bildirmişlər. İdarənin rəhbərliyi tərəfindən həmin şəxslərin bir qismi qəbul edilərək onlara istintaqın hazırkı vəziyyəti barədə ətraflı izah verilməsinə baxmayaraq, Kənan Musayevin ölümündə şübhələndikləri şəxslərin qısa zamanda həbs edilməsini tələb ediblər.

Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən şəxslərin hərəkətlərini cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb