Baş Prokurorluq: "Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır"

Baş Prokurorluq: "Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır"
SOSİAL
17:10 09.01.2024
209
Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR