Baş Prokurorluq Eldəniz Səlimovla bağlı məlumat yaydı

SOSİAL
20:09 22.10.2021
1186
İyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, istintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək, Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən  xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər  Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:24 29.11.2021

İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib

01:52 29.11.2021

Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

00:32 29.11.2021

Türkiyədə ötən gün koronavirusdan 213 nəfər ölüb

00:01 29.11.2021

Seyid İbrahim Rəisi: “Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür”

23:51 28.11.2021

İran Prezidenti: “Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”

23:40 28.11.2021

Tovuzda ölümlə nəticələnən qəza baş verib

23:17 28.11.2021

Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü

22:57 28.11.2021

İsraildə omikron ştammına yoluxanları kəşfiyyat izləyəcək

22:50 28.11.2021

Ekspertlər iqtisadi əməkdaşlıq təşkilatının regiona müsbət təsirindən danışdı – VİDEO

22:45 28.11.2021

Omikron ştammı digər növlərdən daha yoluxucudur? - ÜST-dən açıqlama

22:39 28.11.2021

Saakaşviliyə yeni diaqnoz qoyuldu

22:15 28.11.2021

İran turistlər üçün vizaların verilməsini bərpa edir

21:55 28.11.2021

Qax sakinlərindən örnək addım – VİDEO

21:49 28.11.2021

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatdı

21:43 28.11.2021

İlham Əliyev: “Bundan sonra İranla əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”

21:36 28.11.2021

İlham Əliyev Aşqabadda Rəcəb Tayyib Ərdoğanla görüşüb