Baş Prokurorluq: "Hərbçinin yol qəzasında ölümü ilə bağlı araşdırma aparılır"

Baş Prokurorluq: "Hərbçinin yol qəzasında ölümü ilə bağlı araşdırma aparılır"
SOSİAL
13:34 27.08.2022
209
Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə Hərbi Hrokurorluğunda araşdırma aparılır.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi "Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
OXŞAR XƏBƏRLƏR