Baş Prokurorluq jurnalistləri təbrik etdi

Baş Prokurorluq jurnalistləri təbrik etdi
MEDIA
22:27 22.07.2019
6889
Azərbaycan Prokurorluğunun kollektivi Azərbaycan jurnalistlərini təbrik edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmi "Faceebok" səhifəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, müasir dövrdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesində, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında mətbuatın rolu danılmazdır:

"Zəngin tarixə malik 144 yaşlı Azərbaycan milli mətbuatı "Əkinçi”nin idealları ilə xalqımızın azadlıq və inkişaf mənbəyinə çevrilərək vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində mühüm töhfələr vermişdir.

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi” qəzetinin işıq üzü görməsi ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin avqustunda senzuranın ləğvi ilə inkişafına ciddi təkan verilmiş Azərbaycan mətbuatının azad sözün, düzgün məlumatın və obyektiv informasiyanın əhaliyə vaxtında çatdırılması sahəsindəki əhəmiyyəti gündən-günə artmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söz və mətbuat azadlığının inkişafına hərtərəfli qayğısının göstəricisidir ki, bu gün ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha da geniş təşəkkülünə şərait yaratmış, ölkəmiz artıq qlobal informasiya sisteminə qoşulmuşdur.

Hörmətli jurnalistlər və KİV nümayəndələri Sizi Milli mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli peşə fəaliyyətinizdə uğurlar arzu edirik. Bayramınız mübarək!".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb