Baş Prokurorluqdan əhaliyə yanğın təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Baş Prokurorluqdan əhaliyə yanğın təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
SOSİAL
13:03 29.06.2021
294
Baş Prokurorluq yanğınlarla bağlı xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, qurum son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayının artdığını qeyd edib:

"Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir. Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır.

İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!"
OXŞAR XƏBƏRLƏR