Baş Prokurorluqdan Əvəz Zeynallı ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Əvəz Zeynallı ilə bağlı AÇIQLAMA
SOSİAL
09:48 08.09.2022
1042
Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, şənbə günü, sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən şantaj, hədə-qorxu və böhtan yolu ilə 20 min manat pul almasına dair məlumat yayılıb. 
OXŞAR XƏBƏRLƏR