Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı - Açıqlama

Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı - Açıqlama
SOSİAL
14:10 05.08.2020
1880
Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır. 

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.

Xatırladaq ki, F.Nəbiyev avqustun 3-də Türkiyədə vəfat edib.
OXŞAR XƏBƏRLƏR