Baş Prokurorluqdan Fuad Qəhrəmanlı ilə bağlı - AÇIQLAMA

SOSİAL
16:40 02.08.2020
3560

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin guya qanunsuz olaraq saxlanılması, həyata keçirilən prosessual hərəkətlər zamanı hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmışdır. 

Baş Prokuroluqdan AZXEBER.COM-a verilən məlumata görə, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.

Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Cinayət işinin gedişatı barədə ictimaiyyətə əlavə olaraq ətraflı məlumatın verilməsi təmin olunacaqdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:30 07.08.2020

Bakıya gəlmək üçün vətəndaşa saxta arayış verən baş həkim saxlanıldı - VİDEO

19:20 07.08.2020

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

19:00 07.08.2020

ÜST dünya ictimaiyyətini Livana 15 milyon dollar ayırmağa çağırıb

18:36 07.08.2020

DYP-dən rayonlara getmək istəyənlərə MÜRACİƏT

18:03 07.08.2020

"Bandotdel" Bakıda əməliyyat keçirdi - VİDEO

17:43 07.08.2020

Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü

17:38 07.08.2020

Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

17:29 07.08.2020

Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit

17:25 07.08.2020

Şəhid generalla polkovnikin məzar daşı hazırdır - Foto

17:12 07.08.2020

Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

17:00 07.08.2020

Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi

16:55 07.08.2020

Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu - FOTOLAR

16:46 07.08.2020

Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı

16:21 07.08.2020

Naftalanda hərəkət məhdudiyyəti olanlar və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılır - Fotolar

16:03 07.08.2020

“Xanımlar işlərinə daha sadiqdirlər” - Zəhra Zeynalova

16:01 07.08.2020

Daşqın Rəcəbli: "Biz humanist xalq olduğumuzu dünyaya göstərməkdə davam edəcəyik"

X Mostbet