Baş Prokurorluqdan intihar edən qızlar ilə bağlı - AÇIQLAMA

Baş Prokurorluqdan intihar edən qızlar ilə bağlı - AÇIQLAMA
SOSİAL
10:09 10.03.2021
2722
Baş Prokurorluq martın 9-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı açıqlama verib.

Qurumun Mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb:

"Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir".
OXŞAR XƏBƏRLƏR