Baş Qərargah rəisi: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir

Baş Qərargah rəisi: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir
SİYASƏT
12:04 26.04.2024
294
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti silahlı təxribatının qarşısını alaraq, əks-həmlə əməliyyatı keçirdi.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatıb:

"Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən, atəşkəs rejimi elan olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli memoranduma əsasən, yaradılmış Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi, Qarabağ İqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəmədi”.

Baş Qərargah rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonu üzərində tam nəzarətinin bərqərar olunması məqsədilə 2023-cü il sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarıldı: "Bu səbəbdən, Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası Sülhməramlı Kontingentinin də ölkə ərazisindən tam çıxardılması prosesinə başlanılıb. Regionda sülhün və sabitliyin rifahı naminə, vicdanlı və cəsarətli xidmətlərinə görə, Türkiyə və Rusiya hərbi qulluqçularına xüsusi təşəkkürümü bildirir, onlara gələcək xidmətlərində uğurlar arzu edirəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?