Baş Qərargah: “Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb”

Baş Qərargah: “Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb”
DÜNYA
18:34 19.07.2023
253
"Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb. Eyni zamanda Baxmut istiqamətində hücum davam edir”.

Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Andrey Kovalyov bildirib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri Baxmut, Melitopol və Berdaynsk istiqamətində hücum əməliyyatlarını davam etdirirlər:

"Həmçinin, Ukrayna qoşunları Bolşaya Novoselka - Staromayorskoe və Novoselka - Staromayorskoe ərazilərində uğur qazanıblar. Onlar azad edilmiş bölgələrdə mövqelərini möhkəmləndiriblər. Müəyyən edilmiş düşmən hədəflərinə artilleriya zərbələri endirir və əks-hücum döyüş tədbirləri həyata keçirirlər”.

A.Kovalyov vurğulayıb ki, Ukrayna qoşunları Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir: "Döyüş əməliyyatları zamanı Rusiya işğalçıları Orexovo-Vasilovkanın şimal-şərqindəki mövqelərindən geri çəkilməyə məcbur oldular”.

Onun sözlərinə görə, Ukrayna əsgərləri qismən uğur qazanır, əldə olunan xətlərdə möhkəmlənirlər: "Düşmən güclü müqavimət göstərir, ehtiyatlardan fəal istifadə edir və böyük itkilər verir. Şiddətli döyüşlər davam edir”.

Məlumata görə, bu gün səhər saatlarında Rusiya kamikadze dronlarla Jitomir vilayətinə hücum edib. İlkin məlumata görə, hücum nəticəsində infrastruktur obyektinə, şəxsi təsərrüfatlara ziyan dəyib.

Zərərçəkənlərin olması barədə hələlik informasiya yoxdur.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
16:55 23.10.2026
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
16:52 23.10.2026
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
16:41 23.10.2026
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?