Dəhşətli qəzada 3 dost can verdi

Dəhşətli qəzada 3 dost can verdi
DÜNYA
14:41 24.01.2024
321
Türkiyədə baş verən dəhşətli qəzada 3 dost can verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, mədrəsədə təhsil aldığı öyrənilən 5 dost Mehmet Sümerin idarə etdiyi avtomobillə ərzaq alış-verişi etmək üçün yola çıxıb.
 
Səyahət zamanı avtomobil naməlum səbəbdən qarşısında hərəkətdə olan yük maşınına çırpılıb. 

Qəza nəticəsində avtomobildə olan 5 dostdan 3-ü Mehmet Sümer, Məhərrəm Güzel və Sefa Sabuncu həyatını itirib.

Ağır yaralanan Sümer və Uludağın müalicəsinin davam etdiyi bildirilib.

Qəzada dünyasını dəyişən 3 dostun meyitləri məhkəmə tibbi ekspertizasından sonra yaxınlarına təhvil verilib.
 
Günel
OXŞAR XƏBƏRLƏR