"Başa düşə bilmirəm "Real"a necə azarkeşlik etməmək olar"

"Başa düşə bilmirəm "Real"a necə azarkeşlik etməmək olar"
İDMAN
14:51 02.05.2018
3867
"Real Madrid"in sabiq müdafiəçisi Alvaro Arbeloa komandanın ardıcıl 3-cü dəfə Çempionlar Liqasında finala vəsiqə qazanmasına sevinənlər arasındadır.

O, "Bavariya" ilə matçdan sonra İnmstagram hesabında bu barədə yazıb:

"Bizi ölü adlandırırdılar, artıq növbəti finalı oynayacağıq. Heç zaman inamını itirməyən komandanı təbrik edirəm. Dostlar, biz dünyanın ən böyük klubunun tarixinə şahidlik edirik. Bütün komanda, xüsusilə Benzema və Navas yaxşı idi. Bu, müəyyən mənada ədalətli idi. İş onda deyil ki, onlar kimlərinsə ağzını yumdular. Hər ikisi komanda, yoldaşları, oyuna görə əzmkarlıq göstərir. Afərin sizə. Başa düşə bilmirəm Real-a necə azarkeşlik etməyənlər ola bilər. Bu, sanki xoşbəxtlikdən könüllü imtina etməkdir".
 
///goal.az
OXŞAR XƏBƏRLƏR