Başgicəllənmə, demək olar ki, hər yaşda daha çox orta və yuxarı yaş qruplarında görülə bilən bir sağlamlıq problemidir.
AZXEBER.COM bu problemin əsas səbələrini və onun həll yollarını araşdırıb.
İnsanlar arasında mövcud olan bu xüsusiyyət bədəndəki bir çox fərqli sistem səbəbiylə meydana gələ bilir. İnsanın özünün və ya ətrafındakı cisimlərin fırlandığını düşünməsinə səbəb olan bu vəziyyət məkan oriyentasiyasının pisləşməsi ilə baş verir.
Həkimlərin sözlərinə görə, başgicəllənmə– titrəmə, yuxululuq kimi simptomlara səbəb olur. Bu zaman şəxsin ayaqlarının altındakı döşəmənin sürüşməsi və ya özünü hərəkətdə hiss etməsi kimi şikayətləri ola bilər. Bu şikayətlər ani ola bilər.
Bütün başgicəllənmələr xəstəliyin əlaməti deyil. Bəzən çox yorğun olmaq, stresli olmaq, ani və sürətli hərəkətlər kimi psixoloji səbəblər ani başgicəllənməyə səbəb ola bilər. Bununla belə, gündəlik həyata mənfi təsir edən və tez-tez təkrarlanan başgicəllənmənin əsas səbəbi araşdırılmalıdır. Başgicəllənmənin ən çox görülən səbəbləri aşağıdakılardır:
1. MS xəstəliyi
2. Hipertoniya
3. Beyin şişləri
4. Periferik başgicəllənmə
5. İnfeksiyalar
6. Migren
7. Travmalar
8. Şəkərli diabet
9. Damar xəstəlikləri
10. Psixoloji amillər
11. Metabolik xəstəliklər
Başgicəllənmə infarkt və ya insult kimi ciddi bir sağlamlıq problemindən qaynaqlanırsa, təcili müalicə tələb oluna bilər. Susuzluq kimi səbəblərdən qaynaqlanırsa, IV mayelərlə müalicə təşkil edilə bilər. Nəfəs darlığı kimi əlavə simptomlar olduqda, insana oksigen verilə bilər. BPPV səbəbiylə başgicəllənmə şikayəti baş manevrləri ilə aradan qaldırıla bilər.
Ayşən