"Başına dəysin sənin 200 manat alimentin" - VİDEO

"Başına dəysin sənin 200 manat alimentin" - VİDEO
MAQAZİN
11:11 24.02.2026
322
İzzət Bağırov boşandıqdan sonra övladına baxmayan ataları qınayıb.

AZXEBER.COM xəbər verir ki, o bu haqda "Öz aramızda" verilişində danışıb.
 
Sənətçi bildirib ki, ata və ana  ayrılanda nə qədər böyük problemləri olsa da, bunu uşaqlara hiss etdirməməlidirlər:
 
"Atalar var ki, uşağı ilə maraqlanmır. Soruşanda da deyir ki, alimentini verirəm. Başına dəysin sənin 200 manat alimentin. Ana ilə nə qədər ciddi problemin olsa da, ayrılmısansa, bu uşağın problemi deyil. Ona görə uşağa baxmaq atanın borcudur. 200 manatla uşaq saxlamaq olar? Qadın yazıq uşağın hansı xərcini ödənisin? 200 manat ancaq məktəb hazırlığı tutur. Bu uşaq xəstələnir, yıxılır, həkimi var, dərmanı var, geyimi var, gəzmək istəyir, gördüyü hər şeyi istəyir. Uşağa baxmaq lazımdır. Bütün valideynlərin borcudur övladına baxsın, amma xüsusilə atalar övladlarına sahib çıxmalıdır".
 
Aysel

OXŞAR XƏBƏRLƏR