Başına pul qoyulan terrorçu müəmmalı şəkildə öldü

Başına pul qoyulan terrorçu müəmmalı şəkildə öldü
DÜNYA
13:12 09.06.2023
185
Bir neçə terror aktlarında iştirak edən və onu zərərsizləşdirənə 10 milyon dollar mükafat veriləcək Sənaullah Qafari adlı terrorçu Kunar müəmmalı şəkildə dünyasını dəyişib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Qafari Əfqanıstandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə insan gətirməkdə də ittiham olunub.

Bütün dünyada axtarılan Qafari Əfqanıstanda doğulub. Ailəsi Hindistandan mühacirət edib. 28 oktyabr 1994-cü ildə anadan olan Qafarinin həyatının ilk dövrü haqqında çox az şey məlumdur. Beynəlxalq terrorçunun mədrəsə təhsili zamanı radikallaşdığı bildirilir.
 
İran, Özbəkistan, Tacikistan, Pakistan və Əfqanıstanda çoxsaylı hücumlarda aparıcı rol oynayıb. Xüsusilə Pakistanı hədəf alıb.

Qafari 2020-ci ilin aprel ayına qədər İŞİD-in Əfqanıstan qolu olan İŞİD-K-ya rəhbərlik edib. Onun komandanlığı altında olan qrup çoxlu sayda günahsız mülki insanı qətlə yetirib.

ABŞ Qafarini Əfqanıstandan Türkiyəyə insan alveri əməliyyatları aparmaqda da ittiham edib. 

Qeyd edək ki, Qafari 2021-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı tərəfindən beynəlxalq terrorçu elan edilmiş və başına 10 milyon dollar mükafat qoyulmuşdu.

Mikayıl
OXŞAR XƏBƏRLƏR