Türkiyədə xəstəxananın bağçasında alnında güllə yarası olan şəxs ölü tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Kocaeli şəhərinin Darıca rayonunda baş verib.
Hadisə Darıca Farabi Təhsil və Araşdırma Xəstəxanasındaa baş verib.
Məlumata görə, atəş səsini eşidən xəstəxana mühafizəçiləri səsin baş verdiyi əraziyə doğru qaçıblar.
Hadisə yerinə gələn təhlükəsizlik işçiləri alnından güllə yarası alan kişini görüblər.
Araşdırma qrupları həmin əraziyə sövq edilib.
Araşdırmalar sonrası cəsəd morqa aparılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Oksana