Dağıntılar altında çalışaraq, başından tüstü Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD)ın könüllüsü Mustafa Aydın o anları danışıb.
AZXEBER.COM "HaberGlobal”a istinadən xəbər verir ki, zəlzələnin simvolu olan axtarış-xilasetmə könüllüsü dəbilqəsinin altından çıxan tüstü ilə bütün dünyanın gündəmi olmuşdu. Məlum olub ki, həmin anlarda könüllü Mustafa Aydının qulağı qopub.
Mustafa Aydın AFAD könüllüsü olduğunu və zəlzələnin ilk günü Hataya gəldiyini və burada xidmət keçdiyini bildirib.
Hatayda ilk iki gündə özü kimi 4 könüllü dostu ilə 7 nəfəri eyni küçədə dağıntılar altından çıxardıqlarını ifadə edən Aydın o anları danışıb:
"Bacardığım qədər hər kəsin köməyinə qaçdım. Dağıntılar altında qalan Hikmət Yiğitbaşı xilas etmək üçün 11,5 saat dağıntılar qazdıq. Çox tər tökdüm. Sonra havaya çıxanda başımdan buxar çıxırdı. Həmin an onun baş verdiyindən xəbərdar deyildim. Bir neçə gün sonra videomun sosial şəbəkədə milyonlarla dəfə izlənildiyini gördüm”.
Zəlzələnin 10-cu günü dağıntılarda işləyərkən yıxıldığını açıqlayan Aydın sol qulağının da həmin an qopduğunu deyib:
"Sol qulağımın yuxarı hissəsindəki qığırdaq qopdu. Qulağım xəstəxanada yenidən əkildi. Əllərim və ayaqlarım hələ də sağlamdır. Bir gün dincəldikdən sonra zəlzələdən zərər çəkənlərə kömək etmək üçün Antakyaya gəldim. İşdən çıxarılana qədər buradayam”, - deyə o açıqlamasında bildirib.
Ayşən