Başından vurulan erməni əsgəri ölüm ayağında

SOSİAL
14:55 16.05.2016
2198
14 may gecə Qarabağda yaralanan 21 yaşlı erməni hərbi qulluqçu Ovannes Poqosyannın vəziyyəti kəskin ağır olaraq qalır.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. O, baş nahiyəsini deşən güllə yarası alıb. Erməni əsgərin beyin komasında qaldığı və süni nəfəsalma aparatına qoşulduğu bildirilir.
Xatırladaq ki, son zamanlar daha da intensiv olaraq cəbhəboyu adsız yüksəliklərimizi və dinc əhalini atəşə tutan düşmən, ordumuzun cavab zərbəsi ilə geri çəkilmək məcburiyyətində qalır.
Yaralı əsgər vəziyyətinin ağırlığı ilə bağlı Ağdərə hospitalından Xankəndi hospitalına aparılıb
///avropa.info

OXŞAR XƏBƏRLƏR