Başından yaralanan qadın futbolçu reanimasiyadadır

İDMAN
10:55 19.11.2024
190
19 yaşlı futbolçu həyat mübarizəsini davam etdirir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Əl-Əhbar qəzeti İsrailin 16 noyabrda Şiyə bölgəsinə hücumu nəticəsində ağır yaralanan 19 yaşlı qadın idmançının Beyrutdakı Yunan Xəstəxanasının reanimasiya şöbəsində həyat mübarizəsi apardığını yazıb.
 
Şənbə günü İsrail ordusunun Livanın paytaxtı Beyruta həyata keçirdiyi hava hücumunda başından yaralanan Livanın Qadın Milli Futbol Komandasının futbolçusu Selin Haydarın reanimasiyada həyat mübarizəsi davam edir.

Livan Futbol Federasiyası İcraiyyə Komitəsinin üzvü Vail Şehib X hesabında "Dualarımız Selinlədir... Beyrut hücumlarından sonra güclü ol, çempion. Gücün hamımızı ruhlandırır" sözlərini paylaşıb. dedi.

Əl-Cedid televiziyasının xəbərinə görə, Selin Haydar uğurlu baş əməliyyatı keçirib, lakin o, reanimasiyada huşsuz vəziyyətdə saxlanılır.

Gülay

OXŞAR XƏBƏRLƏR