"Jirkovun çox güman ki son oyunudu. Yəqin onu finala hazırlayacağıq".
AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov deyib.
DÇ-2018-in 1/8 final mərhələsində İspaniya ilə qarşılaşan meydan sahibləri əsas vaxtı 1:1 başa çatan oyundan penalti seriyasında qalib ayrılaraq 1/4 finala yüksəlib.
Matçdan sonra mətbuat konfransı keçirən Çerçesov fikirlərini bölüşüb: "Komandanın hazırlığından razıyam. Futbolçular üzərilərinə düşən funksiyanı yerinə yetirdiler. Mən oyunçularımdan razıyam. O ki qaldı ispanlara, onlar hər zaman yaxşı oynayırlar. Bugünkü oyun göstərdi ki, futbolçularımız ağıllı oynayırlar. Bundan qabaq ispanlar bizi dünya və Avropa çempionatında 2 dəfə məğlub etmişdilər. Düzgün taktika ilə oynadıq. Başqa cür oynasaydıq, uduzardıq. Oyunçularım kişi kimi çıxış etdilər".