Antaliyada boşanma məhkəməsindən 1 gün öncə qırğız əsilli 34 yaşlı qardaşı arvadı Katerina Çetini boğaraq öldürən qaynının ilk ifadəsi alınıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, qadın ifadəsində "Qardaşıma xəyanət edirdi" deyib.
Hadisə dünən gecə Bahçelievler Məhəlləsində qeydə alınıb.
Səhər saatlarında polis bölməsinə gedən Mehmet Çetin bir müddət öncə ölkədən qaçan qardaşının arvadını boğaraq öldürdüyünü söyləyib.
Katerina Çetinin evinə gedən polis əməkdaşları 3 uşaq anasının cəsədi ilə qarşılaşıblar