'Başqa klublar da uğur qazanıb xoşbəxt ola bilərlər, amma bizim kimi deyil'

İDMAN
09:44 18.04.2013
1269

“Barselona”nın futbolçusu Xavi Ernandes katalon klubunun Avropada bənzəri olmadığını deyib.

AZXEBER.COM-un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi tarixi uğurları ilə digər klublarından fərqləndiklərini bildirib: “Başqa klublar da uğur qazanıb xoşbəxt ola bilərlər, amma bizim kimi deyil.Futbolda nəticə aldadıcıdır. Bir çox şeyi yaxşı etməyinizə baxmayaraq, məğlub ola bilərsiz. Ona görə nəticədən daha çox önəmli olanuzunmüddətli uğura sahib olmaqdır. Futbol miras kimidir”.

“Barsa”nın hər zaman oyunu öz əlinə aldığını qeyd edənXavi bu tərzlə də klubunsəviyyəsini nümayiş etdirdiklərini vurğulayıb: “Biz hər zaman rəqibi gözləmədən hücum edirik. Demək istədiyim odur ki, biz sadəcə nəticəyə önəm vermirik, daha artığını düşünürük".

OXŞAR XƏBƏRLƏR