Basqalda Dəmirçi Bazar küçəsi istifadəyə verildi

Basqalda Dəmirçi Bazar küçəsi istifadəyə verildi
SOSİAL
13:42 18.11.2025
90
Basqaldakı bərpa işləri çərçivəsində qəsəbənin əsas küçələrindən biri – Dəmirçi Bazar küçəsi tam yenidən qurulub və istifadəyə verilib. 

AZXEBER.COM xəbər verir ki, bunu Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, küçədə həm yol örtüyü, həm də tarixi memarlıq elementləri bərpa olunub:

"Dəmirçi Bazar küçəsində döşəmə daşları tamamilə yenilənib, tarixi divarlar restavrasiya edilib. Hazırda küçə tam istifadəyə verilib və turistlərin rahat hərəkəti üçün zəruri şərait yaradılıb”, – Murad Ağabəyli bildirib.

Sədr vurğulayıb ki, bərpa zamanı orijinal memarlıq üslubuna maksimum sadiqlik təmin olunub:

"Dəyişdirilmiş divarların strukturu tarixi formaya uyğunlaşdırılıb, küçə boyunca işıqlandırma sistemi yenilənib. Məqsəd Başqalın ənənəvi görünüşünü qoruyaraq müasir infrastrukturla uzlaşdırmaqdır".
 O həmçinin, Lahıc Tarix-Mədəniyyət Qoruğunda turist sıxlığını tənzimləmək məqsədilə yeni geniş "parking” sahəsi inşa olunduğunu da qetd edib: 

"Lahıcda yeni, daha böyük ‘parking’ sahəsinin yaradılması barədə qərar verilib. Hazırda bu istiqamətdə inşaat və bərpa işləri yekunlaşmaq üzrədir. Məqsəd turist nəqliyyatını qoruq ərazisindən kənarda saxlamaq və piyada hərəkətini rahatlaşdırmaqdır”
OXŞAR XƏBƏRLƏR