Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz - Həkim

Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz - Həkim
SOSİAL
11:34 07.09.2026
513
"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov bildirib.

Gigiyenist bildirib ki, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatın təqdim edilməsini tələb etmək hüququna malikdir:

"Kosmetik vasitələr birbaşa dəri ilə təmasda olduğu üçün yanlış seçim ciddi allergik reaksiyalara və ya dəri xəstəliklərinə səbəb ola bilər. Qablaşdırmanın üzərində istehsal və son istifadə tarixləri aydın oxunmalıdır. Son istifadə tarixi silinmiş məhsulları qətiyyən almayın.

Məhsulun qablaşdırması üzərindəki "açıq krem qabı” şəkli və onun içərisində göstərilən "6M” və ya "12M” kimi işarələr, məhsulun qapağı açıldıqdan sonra neçə ay ərzində təhlükəsiz istifadə oluna biləcəyini göstərir. Məhsul alarkən onun tərkibinə də diqqət yetirmək vacibdir. Tərkibində metilparaben, propilparaben kimi qoruyucuların və xüsusilə şampunlarda istifadə olunan SLS/SLES (sulfat) maddələrinin olmamasına və ya minimum səviyyədə olmasına üstünlük verilməlidir.

Sintetik ətir qatqıları həssas dərili insanlarda allergik reaksiyalar və qızartı yarada biləcəyindən məhsulun tərkibi etiketin sonunda diqqətlə oxunmalıdır. Ucuz və saxta dodaq boyası və göz kölgələrinin tərkibində normadan artıq qurğuşun və civə kimi ağır metallar ola bilər ki, bu da zamanla orqanizmə mənfi təsir göstərər. Mağazada məhsulların birbaşa güclü işıqlandırma və ya istilik mənbəyinin altında saxlanılmadığına əmin olun. İstilik kosmetikanın kimyəvi strukturunu pozur və vaxtından əvvəl yararsız edir”.

O.İsmayılov həmçinin qeyd edib ki, makiyaj və kosmetik vasitələri başqası ilə paylaşmaq və ya başqasının kosmetik vasitələrindən istifadə etmək qətiyyən olmaz:

"Bu vasitələr tamamilə şəxsi gigiyena əşyalarıdır və onların ortaq istifadəsi ciddi sağlamlıq riskləri yaradır. Makiyaj məhsullarının paylaşılması bakteriya, virus və göbələklərin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Başqasına məxsus tuş, göz qələmi və ya göz kölgəsi fırçalarının istifadəsi konyunktivit və demodekoz kimi göz və dəri infeksiyalarının yayılmasına səbəb ola bilər.

Dodaq boyası, dodaq parıldadıcısı və dodaq qələmlərindən ortaq istifadə herpes virusunun ötürülmə riskini artırır. Tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması isə dəridə olan yağ və bakteriyalar yayaraq, infeksion sızanaqların yaranması ilə nəticələnir.

Xüsusilə tuş, göz qələmi, dodaq boyası, dodaq balzamı, tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması qətiyyən tövsiyə olunmur. Sıxılmış pudra və ya ənlik kimi məhsulların istifadəsi nisbətən az risk daşısa da, onlar yalnız təmiz və fərdi fırça ilə istifadə edilməlidir. Kosmetik vasitələrin paylaşılmaması ən təhlükəsiz seçim hesab olunur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
14:26 23.10.2026
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
14:01 23.10.2026
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
13:57 23.10.2026
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
Zaur Rzayevin vəziyyəti açıqlandı
13:44 23.10.2026
Zaur Rzayevin vəziyyəti açıqlandı
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
13:25 23.10.2026
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir